28 May-Müstəqillik günü KA-nın təqdimatında

      “Ailəm və məktəbim” layihəsi çərçivəsində   Kiçik Akademiyanın 28 May-Müstəqillik Gününə həsr olunan təqdimatı keçirildi. Dövlət himninin səsləndirilməsi ilə başlayan təqdimatda  şagirdlər şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranma tarixi, keçdiyi inkişaf yolu, cümhuriyyətin mövcud olduğu qısa müddətdə xalqımızın mədəni inkişafına, elm, təhsil sahəsinin tərəqqisinə verdiyi töhfələrdən danışdılar,ölkəmizin müstəqilliyi bərpa olunduqdan sonra qazanılmış uğurlardan, dövlət quruculuğu sahəsində ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən bəhs etdilər. Söylədilər ki,ulu öndər Heydər Əliyevin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində tarixi ədalət  bərpa olundu,dövlətimiz ərazi bütövlüyünü bərpa edərək şanlı  qələbəyə imza atdı.

     Sonda AXC-nin fəaliyyəti və dövlətçilik tariximizdəki rolundan bəhs edən videoçarx nümayiş olundu.

  Təqdimatda iştirak edən valideynlər şagirdlərin vətənpərvər ruhlu  təqdimatlarını qürurla izlədilər,müstəqilliyimizin  daimi və əbədi olduğuna bir daha əmin oldular.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi