Müstəqilliyim-varlığım mənim!

   7a sinif şagirdləri tarix müəllimi Firuzə Mehdiyevanın təşkilatçılığı ilə ” Müstəqilliyim-varlığım mənim!” mövzusunda təqdimat keçirdilər.

Tarix müəllimləri Azərbaycan Xalq Cumhuriyyəti haqqında geniş məlumatlar verdilər.

Şagirdlər təqdimatlarında Azərbaycan Demokratik Respublikasının yarandığı tarixi şəraitdən, bugünkü müstəqilliyimizdə oynadığı mühüm roldan, müstəqillik yolunda qazandığımız uğurlardan, bu gün dünya ölkələri içərisində Azərbaycan dövlətinin tutduğu yüksək mövqedən danışdılar. Qeyd etdilər ki, ADR cəmi 23 ay yaşasa da, müstəqilliyimiz üçün möhkəm bünövrə yaratdı. Ulu öndərimiz Heydər Əliyevin uzaqgörən siyasəti, qətiyyəti nəticəsində ölkəmiz artıq müstəqillik yolunda inamla irəliləyir. Fəxr edirik ki, belə inkişaf etmiş, müstəqillik yolunda inamla irəliləyən bir dövlətin vətəndaşlarıyıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi