Azərbaycan Respublikasının qanunlarını tanıyırıq və hörmət edirik.

Konstitusiya- dövlətin ali qanunudur, ali hüquqi qüvvəyə malikdir, dövlətin siyasi, hüquqi və iqtisadi sistemlərinin əsasını təşkil edir. Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 21 illiyi ilə əlaqədar məktəbin fəaliyyət planına əsasən 11 noyabr tarixində “Qanunlarımızı tanıyırıq və hörmət edirik” mövzusunda yuxarı sinif şagirdləri və tarix müəllimlərinin iştirakı ilə təqdimat keçirildi. Təqdimat Dövlət himnimizin sədaları altında başladı. Tarix müəllimləri şagirdlərə konstitusiyanın mahiyyəti, əsasları, prinsipləri, tarixi, konstitusiyamıza edilmiş əlavələr və dəyişikliklər haqqında məlumatlar verdilər. Sonra 8 L sinif şagirdi Ağamalıyeva Aysu mövzuyla bağlı hazırladığı slaydı təqdim etdı. Sonra şagirdlər Konstitusiyamızın insan və vətəndaş hüquqları haqqında maddələri söylədilər, vətəndaşların əsas vəzifələri haqqında danışdılar. Ümumilikdə tədbir iştirakçılarda xoş təəssurat, şagirdlərin simasında isə vətənə layiqli vətəndaş olub vətənin müdafiəsində dayanmaq, dövlətimizin ali qanunlarını hörmətlə yanaşmaq, əməl etmək hissləri əks olunmuşdu.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi