Hüquqşünaslıq peşəsi haqqında şagirdlər məlumatlandırıldı

Məktəb liseyin məzunu, BDU-nun hüquq fakultəsinin tələbəsi  Jalə İdrislinin    yuxarı sinif şagirdləri ilə görüşü keçirildi. Görüşdə  İdrisli Jalə hüquqşünaslıq peşəsi  haqqında şagirdlərə məlumat verdi, şöylədi ki,bu  sahə insanlığın qədim peşələrindən biri kimi qəbul edilir. Adından da göründüyü kimi, hüquqşünas hüquq müdafiəçisidir. Vurğuladi ki, hüquqşünas ollmaq üzərinə böyük bir məsuliyyət götürmək tələb edir. Sadəcə gəlir əldə etmək üçün bu sahəni seçən şəxs böyük uğur əldə edə bilməz. Hüquq sistemi və qanunvericilik daim dəyişib inkişaf etdiyindən hüquqşünas da daim öz üzərində işləməlidir.

   Hüquqşünas anlayışına əsasən bir sıra peşələr var: vəkil, hakim, prokuror, notarius, hüquq məsləhətçisi, müstəntiq. Hüquqşünas, hüquq bazası haqqında məlumatı yaxşı bilən bir mütəxəssisdir.

    Sonda  şagirdlərin bu peşə haqqında sualları ətraflı cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi