“Uşaqların davranışlarını və duyğularını açıq şəkildə ifadə etmələrini necə təmin etmək olar?” mövzusunda seminar

  Mayın 12-də  “Ailəm və məktəbim” layihəsi çərçivəsində  I-IV sinif şagirdlərinin  valideynləri ilə  seminar təşkil edildi.  Seminarda “Uşaqların davranışlarını və duyğularını açıq şəkildə ifadə etmələrini necə təmin etmək olar?” mövzusunda söhbət aparıldı.

  Cəmiyyətin təməlini təşkil edən ailələrlə ümumi təhsil müəssisələri arasında səmərəli əməkdaşlığa təşviq etmək, ailə-məktəb münasibətlərinin sağlam pedaqoji, psixoloji əsaslar üzərində, qarşılıqlı hörmət və əməkdaşlıq əsasında qurulması işinə dəstək vermək məqsədi ilə keçirilən görüşdə  valideynlərin fikirləri  dinlənildi, geniş diskusiya aparıldı,sualları ətraflı cavablandırıldı.

  Valideyinlər tərəfindən böyük rəğbətlə qarşılanan görüşün sonunda   “rəy və təkliflər” anket-sorğusu işlənildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi