Zəfər yolu

     Mayın 10-da tarix fənn müəllimi Aidə Rzayevanın təşkilatçılığı ilə 9b sinif şagirdləri ilə birlikdə torpaqlarımızın düşməndən azad olunmasında şücaət gösrərmiş qəhrəmanlarımızın “Zəfər yolu”na həsr olunmuş konfrans keçirildi. Şagirdlər təqdimatlarında Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və rəşadətli sayəsində  Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbəmizdən qürurla danışdılar.

  Konfransda Şanlı Qələbənin rəmzinə çevrilən “Dəmir yumruq” ilə erməni faşizminin başını əzən, düşmən ordusunun belini qıran və Vətən tarixinin qəhrəmanlıq salnaməsini yazan igid əsgər və zabitlərlə qürur duyduqlarını xüsusi vurğuladılar. Düşmən işğalından azad edilmiş əzəli torpaqlarımızda Azərbaycan bayrağının qürurla dalğalandığını qeyd etdilər.

    Tarixi Zəfərin qazanılmasında qəhrəman şəhidlərimizin mühüm pay sahibi olduğunu qeyd edən şagirdlər onların əziz xatirəsinin hər zaman böyük ehtiramla anılacağını və heç zaman unudulmayacaqlarını  bildirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi