Heydər Əliyev bir dühadır

Tarix fənn müəllimi Firuzə Mehdiyevanın təşkilatçılığı ilə Müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Heydər Əliyev bir dühadır” adlı təqdimat  keçirildi. 7L və 7A sinif şagirdləri təqdimatlarında  ulu öndərin xatirəsinin nəsillərin yaddaşında hər zaman yaşadığını bildirdilər,Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, Vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışdılar. Ümummilli liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini diqqətə çatdırdılar.

   Sonda  şagirdlər Azərbaycan xalqının dahi oğlu, qüdrətli dövlət xadimi və müdrik siyasətçi Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş  etdirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi