Qələbə günü

9 May faşizm üzərində Qələbə Günü münasibətilə 246 nömrəli məktəb-liseydə «Bizim qəhrəmanlar» adlı tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, müəllim heyəti, şagirdlər, Binəqədi rayon Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranlar təşkilatının sədri Teyyub Həsənov və sədr müavini Telman Vəliyev, Türk Xalqları Qardaşlığı İctimai Birliyinin Binəqədi rayon üzrə sədri Xalidə Nuray, şəhid Bayramov Elçin, Paşayev Samir, İbrahimov Xeyrullanın anaları iştirak etdilər. 

Keçirilən tədbirin əsas məqsədi gənc nəslin vətənpərvər ruhda tərbiyəsinə diqqətin daha da artırılması, 1941-45-ci il Böyük Vətən müharibəsində şücaət göstərən qəhrəmanlarımızın gənc nəslə tanıdılması, qələbənin qazanılmasında ölkəmizin əvəzsiz rolunun nümayiş olunmasından ibarətdir.

Şagirdlər söylədikləri şeirlərdə, ifa etdikləri mahnılarda, rol oynadıqları səhnələrdə ll Dünya müharibəsində böyük igidlik göstərən Azərbaycan xalqının tarixinə qızıl hərflərlə adı yazılan Həzi Aslanov, Mehdi Hüseynzadə, Əhmədiyyə Cəbrayılov, Müseyib Bağırov, Ziya Bünyadov hörmətlə yad edildi.

Bununla yanaşı şagirdlər 8 Noyabr – Zəfər Günü nə gedən yola nəzər saldılar. Düşmən üzərində cəmi 44 gün ərzində Şanlı Qələbə çalan qəhrəmanlarımızın igidliyil, Vətən yolunda fədakarlıqları tərənnüm edildi. 

  Tədbirin sonunda qonaqlar tədbirdə zəhməti olan şagirdlərə, müəllimlərə və valideynlərə təşəkkür etdilər və qeyd etdilər ki, Zəfər Günü Azərbaycan xalqının tarixinin ən qürurlu və fəxarətli günüdür və bizə bu günü qazandıran şəhidlərimizin ruhu qarşısında baş əyirik. Məktəb-liseyin direktor Nəbi Mahmudov qonaqlara bu tədbirdə iştirak etdiklərinə görə öz təşəkkürünü bildirərək bu cür tədbirlərin keçirilməsi gənc nəslin vətənpərvər ruhunda formalaşmasında mühüm rol olduğunu qeyd etdi.

Sonda xatirə şəkilləri çəkdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi