Tarixi qələbə- Zəfər tarixi

  Mayın 5-də tarix fənn müəllimi Firuzə Mehdiyevanın təşkilatçılığı ilə Şuşa ilinə həsr olunan “Tarixi qələbə- Zəfər tarixi” mövzusunda “dəyirmi masa” keçirildi. 9d sinif şagirdləri Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımız haqqında təqdimatlar etdilər.Söylədilər ki,həsrətində olduğumuz torpaqlarımız 30 il sonra qəhrəman şəhidlərin qanı və canı bahasına azad edilib. Şagirdlər  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı işğaldan azadetmə əməliyyatının dünya hərb tarixinə düşməsini  qürurla vurğuladılar.

     Daha sonra 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı səsləndirildi.Söylənildi ki, Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Haqq işi naminə apardığımız  Vətən müharibəsində  Şuşa şəhərini 2020-ci il noyabrın 8-də işğaldan azad edildi. Ermənistanın kapitulyasiyasına yol açan Şuşa qalibiyyəti xalqımızın qəhrəmanlıq ruhunun təntənəsinə çevrilərək, tariximizə Zəfər Günü kimi həkk olundu.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi