Daim zirvələrdə dalğalan,ey Bayrağım!

Azərbaycan Respublikasının dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir. 2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamı ilə "9 Noyabr Dövlət Bayrağı Günü" kimi rəsmiləşdirilib. Bu tarixi günlə bağlı şagirdlərdə dövlət rəmzlərinə, vətənə,millətə hörmət və ehtiram hisslərinin aşılanması və onların mübarizlik ruhunda tərbiyə olunması məqsədilə məktəbin fəaliyyət planına uyğun olaraq bir sıra silsilə tədbirlər- inşa yazı,rəsm müsabiqələri,vətənpərvərlik mövzusunda anket sorğular, Bayraq muzeyinə ekskursiyalar,açıq dərslər təşkil olundu,hərbi dərslərdə vətənpərvərlik mövzusunda çəkilmiş kinofilmlərə baxış keçirildi. Məktəbdaxili şeir və inşa müsabiqəsində yer tutan şagirdlərimiz Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Daim zirvələrdə dalğalan,ey Bayrağım” mövzusunda inşa və şeir müsabiqəsində iştirak etdilər. Sevindirici haldır ki,məktəbimizin 6e sinif şagirdi Sadıqlı Aytən inşa yazı müsabiqəsində I yerin qalibi oldu. Bu gün isə ilk dərslər ”Bir dəfə yüksələn bayraq bir daha enməz” mövzusuna həsr olundu. Bu dərslərdə uşaqlar dövlət atributları haqqında geniş məlumatlar aldılar və müxtəlif təqdimatlar etdilər. Məktəbin foyesində şagirdlərin kreativ əl işlərindən və rəsm əsərlərindən ibarət möhtəşəm sərgi təşkil olundu. Sərgidə üçrəngli bayrağımızı simvolizə edən müxtəlif eksponatlar öz əksini tapmışdı. X-XI sinif şagirdləri isə “Bayrağımız-dövlətçiliyimizin və müstəqilliyimizin rəmzidir” mövzusunda təqdimat keçirdilər. Şagirdlər və məktəbimizin tarix müəllimləri mövzu haqqında ətraflı məlumatlar verdilər,hazırladıqları slaydları təqdim etdilər. Dərs gününün sonunda məktəbimizin akt zalında “Daim zirvələrdə dalğalan,ey Bayrağım” adlı ədəbi bədii kompozisiya keçirildi. Tədbir boyu seyircilər şagirdlərin vətənpərvərlik mövzusunda ifa olunan şeir və mahnılarını dinlədilər, rəqslərə tamaşa etdilər, mövzu ilə bağlı videoçarxları izlədilər. Tədbirin ən yaddaqalan anı Dövlət Bayrağımızın təntənəli surətdə akt zalına gətirilməsi oldu. Tədbir boyu üçrəngli Azərbaycan bayraqları şagirdlərin əllərində zalda dalğalanırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi