Gəlin birgə oxuyaq!

    İnkluziv təhsilin tətbiq olunduğu 1c sinfində   “Gəlin birgə oxuyaq!” devizi altında “Oxu günü” keçirildi. Sinif müəllimi Arzu Babayevanın təşkilatcılığı ilə hazırlananan ədəbi bədii kompozisiyada  şagirdlər vətənpərvəlik  ruhunda mahnılar,nağıllardan səhnəciklər və  şeirlər səsləndirdilər.Şagirdlər  Azərbaycan xalq nağılı əsasında hazırladıqları səhnəcikdə  jest və mimikaları, səs tonu çalarları ilə  əsərin ideyanı daha dolğun çatdırdılar.

   Balaca fidanlar təqdimatlarında izləyiciləri  öz sehrlərinə aldılar,ifalarında  bir-birini çox yaxşı başa düşdüklərini nümayiş etdirdilər. Özlərinəməxsus maraqlı, sakit və bir o qədər də saf, təmiz ürəkli uşaqlar artıq  cəmiyyətdə  addımlarını rahat  atırlar, sərbəst şəkildə  ünsiyyət qururlar, yoldaşlıq edirlər,birlikdə oxuyurlar!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi