Silsilə açıq dərslər

Məktəbimizdə nümunəvi açıq dərslərin mütəmadi olaraq keçirilməsi artıq adət halını almışdır. Bu dəfə növbəti açıq dərs 1e ( Azərb.bölməsi) və 2f, 3f (rus bölməsində) siniflərində keçirildi. Çox maraqlı keçən dərsdə motivasiyanın yaradılması, şagirdlərin dərslik üzrə işi və müstəqil tədqiqatlar aparmaları, dərsdə iştirakları nəzərə alınmaqla qiymətləndirilmələri də müəllim tərəfindən dərs prosesi ərzində ustalıqla təşkil olundu. Sinifdə işgüzar mühit var idi. Şagirdlər dərsin gedişini maraqla izləyir, verilən tapşırıqlar üzərində həvəslə çalışırdılar. Dərsin mövzusuna uyğun səhnəcik dərs dinləmədə iştirak edən müəllimlərin böyük marağına səbəb oldu. Elektron lövhədən istifadə edilməsi, qrupların işi və təqdimatları, dərsin səhnələşdirilməsi bir daha şagirdlərin bilik, bacarıq və vərdişlərə yiyələnmə, müstəqillik, dərketmə qabiliyyəti, idrak fəallığı artması,mütaliə vərdişlərinin formalaşmasının müsbət göstəricilərindəndir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi