"Oxu günü " ilə bağlı tədbir keçirildi

«Oxu Günü» ilə bağlı 246 nömrəli məktəb-liseydə silsilə tədbirlər keçirildi. Rəngarəngliyi ilə diqqəti cəlb edən tədbirdə Azərbaycanın klassik və müasir şair və yazıçıların əsərlərindən ədəbi-bədii obrazlarla zəngin kompozisiyalar, mövzu ilə bağlı sərgi, söylənilən şeirlər kitaba olan sevgi və meyili artırmaqla yanaşı mütaliə mədəniyyətinin formalaşmasına imkan yaratdı.

  «Oxu Günün» də ilk növbədə ibtidai sinif şagirdləri kitabxananı ziyarət etdilər. Kitabxana müdiri Alıyeva Afət şagirdlərə mütaliənin üstünlükləri haqqında məlumat verdi, şagirdlərimizin şəxsiyyət kimi və dünyagörüşünün formalaşmasında kitabın mühüm rol oynadığını qeyd etdi. Daha sonra ibtidai sinif müəlliməsi Aybəniz Əhmədovanın rəhbərliyi ilə 4C sinif şagirdləri «Kərpickəsən kişinin dastanı», Xanım Atakişiyevanın rəhbərliyi ilə 4d sinif şagirdləri «Meyvələrin söhbəti»,Reyhan Məhərrəmovanın rəhbərliyi ilə 3C sinif şagirdləri «Ana laylası» və Səməd Vurğunun «Vaqif» dramından «Şah Qacar və Vaqif» parçasını səhnələşdirdilər, Günel Əkbərovanın rəhbərliyi ilə 1F sinif şagirdləri Vətəni, biliyi vəsf edən şeirlər söyləyərək, mahnı parçaları ifa edərək kitablara olan sevgilərini nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi