"Oxu günü"

Mütaliəyə diqqətin artırılması məqsədi daşıyan «Oxu Günü» ilə bağlı olaraq ibtidai sinif müəlliməsi Absalamova Pərvanənin rəhbərliyi ilə 1A sinfinin şagirdləri əvvəl məktəbin kitabxanasını ziyarət etdilər. Kitabxana müdiri Alıyeva Afət şagirdləri kitabxana ilə yaxından tanış etdi, uşaq ədəbiyyatı və nağıl kitabları haqqında şagirdlərə geniş məlumat verdi. Daha sonra birincilər kitabxanada «Ayı və balaları» nağılını səhnələşdirərək öz bacarıqlarını nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi