Kiçik Akademiyanın növbəti tədbiri

30.03.2022- ci il tarixində məktəb-liseydə Kiçik Akademiyanın fəal üzvləri ilə növbəti görüş keçirildi. Ümumi fənləri əhatə edən təqdimatlarda məktəbin direktoru  N. Mahmudov, tərbiyə işləri üzrə direktor müavini F. Əliyeva , KA-nın rəhbəri Ş.Qaffarova və bölmə rəhbərləri iştirak etdilər. Şagirdlər “Nanotexnologiyada nanogümüşün antibakterial funksiyası” ,”Xeops piramidasının sirri” , “Atmosfer təzyiqi”, “Plastik tullantıların ətraf mühitə təsiri”, “Qeyri-səlis məntiq nəzəriyyəsi”, “Video oyun proqramlaşdırılması” , “Şuşanın yeraltı və yerüstü sərvətləri”,”Müasir və qədim tibb”, “Alternativ enerji” , “Cazibə qanunu” ,”Qızıl nisbət” , “Torpaqlarımızın azad olunmasında rolu olan şəxsiyyətlər” mövzularında çıxışlar etdilər.

   Məktəb rəhbərliyi tərəfindən çıxışlar dinlənildi və müəyyən tövsiyələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi