Unutsaq,unudularıq!

31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə  1d sinfində dəyirmi masa keçirildi. Əvvəlcə  faciə qurbanları və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi. 

 Sinif müəllimi Reyhan Qarayeva ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım hadisələrindən tarixi faktlarla nümunələr gətirdi. Quba məzarlığını ziyarət edən Reyhan Qarayeva orada cəkdiyi  şəkilləri təqdim edərək  ermənilərin xalqımıza qarşı törətdikləri vəhşilikləri bir daha şagirdlərin diqqətinə çatdırdı.Nümayiş olunan videocarxda tarixi həqiqətlər xüsusi vurğulandı.

  Tədbirdə iştirak edən məktəb liseyin direktoru N.Mahmudov söylədi ki,Azərbaycanlılara qarşı yeridilən soyqırım siyasətinin uzun tarixi olsa da, bu barədə əsl həqiqət Ümummilli liderimiz Heydər Əliyevin qətiyyəti sayəsində dünya ictimaiyyətinə çatdırıldı.  Vurğuladı ki,Ulu öndər Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” kimi qeyd olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi