31 Mart-Azərbaycanlıların Soyqırım günüdür

    Martın 30-da 5a sinif şagirdlərinin iştirakı ilə  31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan  “dəyirmi masa”  keçirildi. Tarix fənn müəllimi Səadət Nəsibovanın təşkilatçılığı ilə keçirilən ”dəyirmi masa”da  şagirdlərə ermənilərin əzəli torpaqlarımızda planlı şəkildə məskunlaşdırılması, tarixin müxtəlif dövrlərində dinc azərbaycanlılara qarşı həyata keçirilən irimiqyaslı soyqırımlar haqqında ətraflı məlumat verildi. Ümummilli lider Heydər Əliyevin 26 Mart 1998-ci il tarixli  «Azərbaycanlıların Soyqırımı haqqında» fərmanı diqqətə  çəkildi, söylənildi ki,bu fərman ilk dəfə olaraq Azərbaycan xalqına qarşı törədilən qanlı cinayətlərə siyasi qiymət verən, milli yaddaşımızı dirçəldən mühüm tarixi sənəddir.

   Şagirdlər  təqdimatlarında  II Qarabağ müharibəsində tarixi qələbəmizi   xatırladaraq törədilən cinayətlərin cəzasız qalmadıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi