Reproduktiv sağlamlıq

   Martın 30-da Tərbiyə İşləri üzrə direktor müavini F.Əliyeva,məktəb həkimi V.Səfərova,məktəb psixoloqu S.İsmayılova,UBR K.Muradovanın təşkilatçılığı ilə 7-ci sinif şagirdləri ilə   “Reproduktiv sağlamlıq” mövzusunda maarifləndirici görüş keçirildi.

    Görüşdə reproduktiv sağlamlıq haqqında şagirdlərə geniş məlumatlar verildi, onlara sanitar-gigiyenik qaydalara əməl etmək və hər cür zərərli vərdişlərdən uzaq olmaq tövsiyə olundu.

   Həmcinin şagirdlərə yeniyetməlik yaş dövrünün xüsusiyyətləri və bu yaş dövründə yaranan komplekslər haqqında da məlumat verildi. Söylənildi ki,komplekslərimiz bizi cəmiyyətdən ayırır, insanlarla ünsiyyətimizə əngəl törədir,aşa bilmədikdə isə  uğur əldə etməyimiz  çətin olur.  Komplekslərə qalib gəlmək yolunda əsas addımlar vurğulandı.

 Tədbirin sonunda videoçarx nümayiş etdirilib və şagirdlərin sualları cavablandırıldı.

Görüşdə həmçinin həkimlik  peşəsi haqqında da  danışıldı,peşənin  gənclərin  psixofizioloji və sosial-psixoloji durumu ilə uyğunluğunun  vacib olduğu diqqətə çatdırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi