Bahar çələngi

   Adət-ənənələrimizin gələcək nəsillərə ötürülməsi və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması məqsədi ilə  məktəbin akt zalında Azərbaycan dili və ədəbiyyat fənn müəllimləri -Mehriban Məmmədova,Çiçək Həmidova,İmamə Eyvazova, Dəmirçiyeva Emiliya və Samirə Cabbarovanın təşkilatçılığı ilə  ”Bahar çələngi” ədəbi-bədii kompozisiya keçirildi.  Ədəbi-bədii kompozisiya Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində xalqımızın əldə etdiyi Böyük Qələbəmiz və “Şuşa il” ilə əlaqədar səsləndirilən fikirlər, ifa edilən mahnılar doğma yurdumuza, Qarabağımıza həsr olundu.

  Milli geyimli şagirdlərimizin rəqsləri, mahnıları, şeirləri, səhnəcikləri bayram tədbirinə bəzək qatdı.Geyimləri ilə gülüş doğuran Novruzun sevimli personajları Kosa və Keçəlin duzlu-məzəli çıxışları tədbiri daha da şənləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi