Bayram tədbirində şagirdlərimiz birliklərini nümayiş etdirdilər

    İnkluziv təhsilin tətbiq olunduğu 1c sinf  şagirdləri “Elimizə bahar gəlir!” adlı bayram şənliyi keçirdilər. Sinif otağında Novruz bayramının atributlarını özündə əks etdirən dekorasiya qurulmuşdu. Sinif müəllimi Arzu Babayeva   Novruz bayramının tarixi, su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti, Novruz atributları haqqında şagirdlərə geniş məlumat verdi.

   Sonra  milli geyimli şagirdlər Novruzun sevimli personajları olan Bahar qızı,  Kosa və Keçəlin əhatəsində

bayramın bütün adət -ənənələrini  səhnəciklərdə, söylədikləri şeirlərdə, deyimlərdə  nümayiş etdirdilər,onlarla birlikdə şənləndilər.

     Roza və Fəxrinin çıxışı  tədbirə xüsusi rəng qatdı.Rəqslərə qoşulan, mahnılar ifa edən, maraqlı səhnəciklərdə rol alan  Roza və Fəxrinin sevinci hədsiz idi. Bayram şənliyində “Məşədi İbad” rolunu canlandıran Fəxrin uşaqların sevincinə, üzlərindəki təbəssümə daha da  xoş əhval-ruhiyyə qatdı.

    Sonda  yallı rəqsini ifa edən şagirdlərimiz bir daha birliklərini nümayiş etdirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi