Gənc rəssamlar

Uşaqlar bu günün elçiləri, sabahın alimi, həkimi, rəssamı, memarı, heykəltəraşı, bəstəkarı, müğənnisi, şairi, hüquqşünası-bir sözlə dünyanın gələcək idarəçiləridirlər. Uşaqların sağlam, cəmiyyətə,millətə yararlı, savadlı, nümunəvi yetişməsi üçün onların düzgün istiqamətə yönəldilməsi məktəbimizin qarşısında duran ən önəmli şərtdir. İstedadlı uşaqların üzə çıxarılması, qabliyyət və bacarıqlarının aşkar olunması, püxtələşməsi məktəbimizdə daim diqqət mərkəzindədir. Məktəbimizdə fəaliyyət göstərən “Palitra” rəsm dərnəyi bu istiqamətdə həyata keçirilən işlərdən biridir. Burda şagirdlər öz fikir və təxəyyülündəki yaradıcılıq meyllərini meydana qoyur, düşüncələrindəki kiçicik bir parıltını göstərə bilirlər. Bu kiçik parıltını cilalayan, onun işığını ətrafa yayan savadlı, təcrübəli və yaradıcı dərnək rəhbəri Ü.Hüseynovadır. Məktəbimizdə tez-tez dərnək üzvlərinin bir-birindən gözəl, maraqlı rəsmləri və əl işlərindən ibarət sərgilərin təşkil olunması, rəsm müsabiqələri, qaliblərin diplomlar və fəxri fərmanlarla mükafatlandırılması uşaqların rəssamlığa, incəsənətə marağının artmasına, estetik zövqünün formalaşmasına və gələcək ixtisas seçiminə müsbət təsir göstərir. Sevindirici haldır ki, dərnəyimizin kiçik rəssamları məktəbdənkənar bir çox müxtəlif rəsm sərgilərində və müsabiqələrində iştirak edərək mükafatlandırılıblar. Məktəbimizin xüsusi qabliyyəti, təxəyyülu ilə seçilən şagirdləri bu gün isə 9 noyabr-Bayraq gününə həsr olunacaq sərgiyə böyük həvəslə hazırlaşırlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi