İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu

  Martın 15-də “İrəvan Müəllimlər Seminariyasının milli təhsil tariximizdə yeri və rolu”  mövzusunda əslən Qərbi Azərbaycandan olan riyaziyyat fənn müəllimi Ramilə Əhmədovanın təşkilatçılığı ilə “dəyirmi masa” keçirildi.

     “Dəyirmi masa”da 8a və 8d sinif şagirdləri seminariyanın tarixi və məzunları haqqında təqdimatlar etdilər.Söylədilər ki, İrəvan Müəllimlər Seminariyasının varlığı sübut edir ki, Azərbaycan türklərinin əzəli torpaqları, dədə-baba yurdu olan Qərbi Azərbaycanda köklü, əsaslı maarifçilik, elm, təhsil, mədəniyyət inkişaf etmişdi. 

     Təqdimatlarda vurğulandı ki,1881-ci ilin noyabr ayında fəaliyyətə başlayan İrəvan Müəllimlər Seminariyası 40 ilə yaxın müddətdə hazırladığı müasir dünyagörüşünə və düşüncə tərzinə malik yüksəkixtisaslı milli müəllim kadrları  pedaqoji fikir salnaməmizə yaddaqalan səhifələr yazmışdır. Görkəmli maarifpərvər Firidun bəy Köçərli seminariyanın ilk müəllimlərindən olmuş, geniş mədəni-maarif işləri aparmışdır. Seminariyanın məzunları sırasında xalqımızın bir çox tanınmış şəxsiyyətləri və dövrünün görkəmli ziyalıları vardır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi