"İdmançı" peşəsinin psixo-fizioloji xüsusiyyətləri

    Hərbi rəhbər R.Şamidov  "İdmançı" peşəsinin psixo-fizioloji xüsusiyyətləri haqqında şagirdlərə ətraflı məlumat verdi. Söylədi ki,  "İdmançı" peşəsinin məqsədi: dözümlülük, qüvvət, sürət, müvəffəqiyyətə can atmaq, ən yaxşı idman nəticələrinə nail olmaq, idman standartlarını, kateqoriyalarını yerinə yetirmək və yarışlarda effektiv çıxış etməkdir. Peşənin mövzusu isə  rəqabətə fiziki və psixoloji hazırlıqdır.Peşəkar idmançının yolu idmanla dost olan minlərlə oğlan və qız üçün cazibədar görünə bilsə də  "bədən mədəniyyəti" və "böyük idman" kimi anlayışlar arasındakı fərq böyükdür. R.Şamidov vurğuladı ki,təmiz havada gəzmək və oynamaq, idman zalında mülayim məşq etmək, həftə sonları yürüyüş etmək - bütün bunlar əzələ tonusunu, ürək-damar sağlamlığını və yaxşı əhval-ruhiyyəni qorumağa kömək edir və  hər bir insana lazımdır.  Amma ”böyük idman” həm fiziki, həm də intellektual fəaliyyətin çox spesifik bir növüdür. “Böyük idman”la məşğul olmaq  insan bədəninin bütün imkanlarını tamamilə müəyyən etmək,idmanla peşəkar səviyyədə məşğul olmaq ,bütün daxili imkanları səfərbər etmək, əzmkarlıq, zəhmətkeşlik, dözümlülük kimi keyfiyyətləri ən ekstremal formada tərbiyə etməkdir.

    Sonra  şagirdlər idman növlərini  təqdimatlarda çatdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi