Vətəni qorumaq peşəsi ən şərəfli peşədir!

    Martın 3-də şagirdlərin hərbi peşəyə marağını artırmaq məqsədilə  IV sinifdə təhsil alan  oğlanlarla görüş keçirildi.

    Hərbi rəhbər R.Şamidov  hərbi  peşənin  müqəddəsliyindən,şərəf və məsuliyyətindən danışdı.Söylədi ki: “Seçdiyim peşədən hər zaman qürur duymuşam. Çünki bizlər Vətənin qoruyucularıyıq. Müqəddəs vəzifə yerinə yetiririk. Xalqımız rahat-firavan yaşasın deyə düşmənə sipər oluruq. Xalqın güvəncindən, Vətən sevgisindən ilham alırıq. Bax, bu hiss ən şərəfli və qürurlu hissdir”

    Sonra şagirdlərə  Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinin V sinfinə qəbul imtahanı barədə ətraflı məlumat verildi. Məktəbin  məişət şəraitindən, təhsilindən, şagirdlərin  sosial təminatlarının yüksək olmasından danışıldı. Məktəb haqqında  videoçarx nümayiş etdirildi.

   Görüşdə iştirak edən məktəb liseyin direktoru Nəbi Mahmudov cıxışında söylədi ki,hər kəs öz seçdiyi peşəsi ilə Vətənə xidmət edir. Lakin bütün peşələrin fövqündə dayanan bir peşə var ki, bu, Vətəni qorumaq peşəsidir. Ordumuzun memarı və qurucusu ulu öndər Heydər Əliyevin  dediyi kimi: “Müstəqil Azərbaycanda hər peşə şərəflidir, ancaq Vətəni qorumaq peşəsi ən şərəfli peşədir”.    

  Sonra bir qrup şagird GCQH kabinetində oldular. Hərbi avadanlıqları əyani gördülər.  

  Şagirdlərin  sualları  ətraflı cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi