“Mən  Xocalıyam”  adlı elmi-bədii konfrans keçirildi

25.02.2022-ci ildə  246 №li məktəb-liseydə fəaliyyət göstərən Kiçik Akademiya üzvləri ilə “Mən  Xocalıyam”  adlı elmi-bədii konfrans keçirildi.Konfransda məktəbin direktoru N.Mahmudov, təlim –tərbiyə işləri üzrə direktor müavini F.Əliyeva, Kiçik Akademiyanın prezidenti Ş.Qaffarova və tarix müəlimləri iştirak edirdi.Çıxış edən  tarix müəllmiləri T.Quliyev, C.Hüseynova, F.Mehtiyeva Xocalı uğrunda döyüşən Mili Qəhrəmanların həyat yolu haqqında geniş məlumat verdilər. Kiçk Akademiyanın fəal üzvləri tərəfindən  Xocalı soyqırımı, Xocalının coğrafi mövqeyi ,XIX əsrin əvvəllrindən bu günümüzədək xalqımıza qarşı törədilən erməni vandalizmi barədə ətraflı çıxış edildi,  faciə barədə bədii təqdimat olundu.

 Tədbirin sonunda  məktəbin direktoru N.Mahmudov çıxış edərək  Xocalı faciəsinin  acı həqiqətlərini əks etdirən təqdimata görə tədbir  təşkilatçılarına və Kiçik Akademiyanın fəal üzvlərinə də öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi