İlk dərslər Xocalı soyqırımına həsr olundu

      Fevralın 25-də ilk dərslər Xocalı soyqırımına həsr olundu. Dərslər xalqımızın müstəqilliyi uğrunda qurban gedən şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik   sükutla yad edilməsi ilə başladı.

    Müəllimlər dərs zamanı Xocalının tarixi, coğrafi mövqeyi, faciədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri, təhsil, səhiyyə, mədəniyyət ocaqları, tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətlərindən söhbət açdılar. Eyni zamanda, faciə nəticəsində öldürülən, ağır yaralanan, itkin düşən, girov götürülən sakinlərin statistikasından və soyqırımı törədənlərdən bəhs olundu.

    Daha sonra şagirdlərin Xocalı faciəsi ilə bağlı fikirləri dinlənildi, müzakirələr aparıldı. Şagirdlər Vətənə, topağa aid şeirlər səsləndirdilər və hazırladıqları fotostendləri, guşələri,təqdimatları  nümayiş etdirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi