Xocalı fəryadı

   Fevralın 24-də tarix müəllimi S.Nəsibova,Ü.Ağalarova və musiqi müəllimi N.Əkbərovanın təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

    Tədbirdə Respublika Veteranlar Təşkilatı Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin baş mütəxəssisi Nəbi Hacıyev, Binəqədi rayon Veteranlar Təşkilatının sədri Teyyub Həsənov,Ehtiyatda olan polkovnik Adil Haqverdiyev, Binəqədi rayonu Veteranlar Təşkilatının   ùzvù Ròvşən Xəlilov ,Nəsimi rayon Veteranlar Təşkilatının sədri Validə Vəliyeva  iştirak etdilər.

  Öncə  Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş şagirdlərin  rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirildi.  

   Tədbirdə  dövlət himni ifa olundu.   Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin və Xocalı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

    Sonra şagirdlər  həmin  gecə dinc əhalinin başına gətirilən müsibətlərdən,  azğınlaşmış erməni quldurlarının Azərbaycan xalqına qarşı törətdikləri vəhşilikdən  söz açdılar. Söylədilər ki,tarixin ədalətsizlik və haqsızlıq rəmzinə çevrilmiş Xocalı soyqırımı xalqımızın qan yaddaşında əbədi yer tutur,Azərbaycan xalqı o dəhşətli faciədən 30 il ötməsinə baxmayaraq həmin müdhiş gecənin ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə, fəlakətin səbəbkarlarına dərin nifrətini bildirir, həlak olanların xatirəsini dərin ehtiramla yad edir.

    7b sinif şagirdi Xəlilova Aysu  babasını  Xocalı  faciənin qurbanı olduğunu dedi.Körpə uşağı xilas edərək düşmən gülləsinə tuş olan babasının qəhrəmanlığını ürək yanğısı  və qürurla tədbir iştirakçılarının nəzərinə çatdırdı.

   Şagirdlərin ifasında Xocalı  faciəsinə həsr olunan şeirlər səsləndirildi, ədəbi-bədii kompozisiya və vətənpərvərlik mövzusunda mahnılar nümayiş etdirildi, videoçarxlar təqdim olundu .

     Tədbirdə cıxış  edən qonaqlar faciəni əks etdirən səhnəciklərin, vətənpərvər mahnıların, şeirlərin gələcək nəslin tərbiyəsində böyük rol oynadığını xüsusi vurğuladılar.

   Sonda məktəbin direktoru N.Mahmudov çıxış edərək qonaqlara və tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi