Xocalı faciəsi şagirdlərin gözü ilə

   

   Azərbaycan xalqına qarşı ağlasığmaz qəddarlıq  və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktı olan Xocalı facıəsini unutmamaq , şagirdlərdə düşmənə qarşı barışmazlıq hissi, Vətənə, doğma torpağa sədaqət və məhəbbət duyğularını gücləndirmək məqsədi ilə Azərbaycan dili və ədəbiyyat müəllimi S.Əlizadə  5d sinfində “dəyirmi masa” keçirdi.    

     İlk öncə Azərbaycanın müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərin və Xocalı qurbanlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildi.  

    Sonra şagirdlər XX əsrin sonlarında erməni yağılarının törətdikləri misligörünməmiş vəhşilikləri ilə bağlı topladıqları məlumatları təqdim etdilər, faciəni səhnəciklərdə canlandırdılar, vətənpərvərlik mövzusunda şeirlər səsləndirdilər,facıədə  erkən dünyasını dəyişmiş uşaqların   yarımçıq qalmış arzularını səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi