Müstəqilliyimiz əbədidir

18 0ktyabr Azərbaycanın Dövlət Müstəqilliyi günü ilə bağlı məktəbdə tədbirlər planına uyğun olaraq silsilə tədbirlər həyata keçirildi. İlk dərslər Dövlət Müstəqilliyi Gününə həsr olundu. “Müstəqilliyimiz əbədidir” mövzusunda keçirilən rəsm müsabiqəsində fərqlənən rəsmlər bu gün məktəbin foyesində sərgiləndi.Məktəb rəhbərliyi, müəllimlər, şagirdlərin birgə iştirakı ilə I, II, III yerin qalibləri müəyyənləşdi. Sonra VIII L sinif şagirdləri Müstəqillik Gününə həsr olunmuş təqdimat keçirdilər. Şagirdlər XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində, yəni 1991-ci il oktyabrın 18- də Ali Sovetin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul ediməsi haqqında geniş məlumatları hazırladıqları slaydları təqdim etdilər və mövzu ətrafında fikir yürütdülər. Məktəbimizin tarix müəllimləri C.Hüseynova və T.Quliyev bir daha bu tarixi gün haqqında ətraflı məlumat verdilər. ”Müstəqilliyimiz əbədidir” inşa müsabiqəsinin I,II,III yerinin qalibləri inşalarını təqdim etdilər. Sonda məktəbin direktoru A.F.Bayramova Müstəqillik Günü münasibətilə bir əsrdə iki dəfə müstəqillik əldə etmiş Azərbaycanın hər bir vətəndaşını təbrik etdi, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat – qat çətin olduğunu vurğuladı. Gənc nəslə vətənpərvər ruhda, yüksək savadlı, intellektli şəxsiyyət kimi yetişmək, müstəqilliyimizin keşikçisi olmaq arzularını çatdırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi