“Açıq qapı” günü keçirildi

 Fevralın 12-də valideynlər üçün “Açıq qapı” günü keçirildi. Valideynlərin aktivliyi ilə keçən görüşdə  fənn müəllimləri, sinif rəhbərləri və məktəb rəhbərliyi iştirak etdi.

     İclasda valideynlər I rubdə övladlarının təlim  nəticələri  ilə tanış oldular. Şagirdlərin təhsildə uğur qazanması üçün lazım olan bütün məqamlar müzakirə edildi.Məktəb-valideyn-şagird münasibətləri, məktəb-liseydaxili nizam-intizam qaydaları, şagirdlərin dərslərə davamiyyəti və s. məsələlər ətraflı müzakirə olundu,valideynləri maraqlandıran suallar cavablandırdı.

    Həmçinin VII-XI sinif şagirdlərinin valideynləri ilə  yeniyetməlik yaş dövrünün bioloji və psixoloji xüsusiyyətlərindən danışıldı.Bu yaş dövründə yeniyetmələrin zərərli vərdişlərə düçar olması ,narkotik və psixotrop asılılıq diqqətə çatdırıldı. Yeniyetmə-valideyn münasibətlərini adekvat qurmaq üçün tövsiyyələr verildi.

    Şagirdlərin  peşə meyil və maraqlarının müəyyənləşdirilməsində kömək göstərmək, övladlarını yaradıcı əməyə hazırlamaq və onları düzgün peşəyönümünü aşkarlamaq   barədə valideynlər  məlumatlandırıldı.

  Iclasda “Risk qrupu”na daxilolma ehtimalı olan şagirdləri aşkar etmək məqsədi ilə anket sorğu keçirildi. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi