Milli Qəhrəman Mübariz İbrahimovun doğum günü qeyd olundu

  Fevralın 7-də sinif təşkilat saatları Milli Qəhrəman Mübariz İbrahimovun doğum gününə həsr olundu.

  İlk öncə vətən uğrunda şəhid olan  qəhrəmanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

  Sonra şagirdlərə öz şücaəti ilə ömrünün gənclik çağında tarixə və yaşıdlarının qəlbinə adını yazmış qəhrəmanın ölməzlik qazandığı, nəhayətsiz vətən sevgisinin onu şəhidlik zirvəsinə ucaltdığı söylənildi.Bu igid gizirin göstərdiyi rəşadətin ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək dəyərləndirildiyi, ölkəmizin müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətlərinə görə Milli Qəhrəman adına layiq görüldüyü vurğulandi.

   Sonra şagirdlər  vətənpərvər ruhlu  şeirlərində, təqdimatlarında, rəngləmələrində Mübariz İbrahimova öz sevgilərini nümayiş etdirdilər,qəhrəmana  həsr olunmuş videoçarxı izlədilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi