Şəhidlərin əziz xatirəsi anıldı

   3c sinif şagirdlərinin iştirakı ilə  məktəbin foyesində  20 Yanvar şəhidlərinin əziz xatirəsi ehtiramla yad edildi. Əvvəlcə  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirildi,sonra  ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

     Anım tədbirində Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 20 Yanvar hadisələri barədə şagirdlər  ətraflı məlumat verdilər, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən danışdılar,  Qanlı faciəni əks etdirən ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər,şeirlər söylədilər

   Sonda məktəb-liseyin direktoru Nəbi Mahmudov cıxış edərək söylədi ki, Qanlı Yanvarda xalqımız azadlıq əzmini itirmədi, əksinə haqq səsini daha ucadan bəyan etdi, xalqımızın azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq  Azərbaycanın vətənpərvər övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar. Azərbaycan xalqının tarixinə unudulmaz qəhrəmanlıq səhifəsi kimi yazılan 20 Yanvar faciəsini təkcə ildönümdə yox, hər zaman xatırlamağı  şagirdlərə tövsiyə etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi