20 Yanvar-Müstəqilliyə gedən yol!

    Məktəb liseydə ilk dərslər”20 Yanvar-Müstəqilliyə gedən yol! “ mövzusuna həsr olundu.  Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan dərslərdə  Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə geniş məlumatlar verildi. Qeyd olundu ki, 20 Yanvar hadisələri öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu təcəssüm etdirdi.

    Dərsdə şagirdlər 20 Yanvar hadisələrinə həsr edilmiş şeirlər söylədilər, ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər.

  Sonra şagirdlər məktəbimizin məzunu ,20 Yanvar şəhidi Zaur Ələsgərovun  əziz xatirəsinə düzənlənmiş güşənin önünə gül  düzdülər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi