" 31 Mart Azərbaycanlıların soyqırımı günüdür "

“ 31 Mart Azərbaycanlıların soyqırımı günüdür! “ 31 mart 2015-ci ildə 246 saylı orta məktəb-liseydə “ 31 Mart - Azərbaycanlıların soyqırımı günüdür! ” mövzusunda tədbir keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd 1918-ci ilin mart soyqırımı zamanı öldürülən azərbaycanlıların xatirəsini anmaq, yada salmaqdır. Tədbiri Aysun Haqverdiyeva , Nərmin İsmayılova giriş sözü ilə açdılar. Məktəbin tarix müəllimi Cəmilə Hüseynova soyqırımla bağlı məlumatları şagirdlərin nəzərinə çatdırdı. 31 Mart - Azərbaycanlıların soyqırımını əks etdirən videomateriallardan istifadə olundu. Məktəbin istedadlı şagirdlərindən Aytən Əhmədova , Rəvanə Xəlili öz çıxışları ilə tədbir iştirakçılarının xoşuna gəldilər. Fərid Kazımlı böyük məharətlə “ Cənab leytenant ” mahnısını ifa etdi. Balaca Zülfi isə “ Ana əsgər gedirəm ” mahnısı ilə hamının qəlbini kövrəltdi.Azərbaycan dili və ədəbiyyat müəllimi Oruclu Səbilə öz çıxışında gec tez bu soyqırımı bütün bütün dünyanın tanıyacağını, siyasi qiymət alacağını, vətən torpaqlarının tezliklə azad olacağını əminliklə qeyd etdi. Tədbirin sonunda məktəbin xor kollektivi vətənpərlik mahnısını ifa etdilər. Tədbiri 246 saylı məktəb-liseyin direktoru Almaz xanım Bayramovanın yekun sözü ilə bağladı. O, öz çıxışında bu tədbirlərin keçirilməsi şagirdlərimizin vətənpərvər ruhda böyüməsinə kömək edir. Bu cür tədbirlər soykökümüzün unudulması, qanyaddaşımızın möhkəmləndirilməsində böyük rol oynayır. Musiqi tərtibatında məktəbin musiqi müəllimi Natella müəllimənin yüksək əməyi qiymətləndirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi