Qan Yaddaşımız -20 Yanvar

20 yanvar faciəsini 32-ci ildönümü ilə əlaqədar tədbirlər planına uyğun olaraq məktəbimizin ədəbiyyat müəllimləri İmamə Eyvazova və Səmayə Əlizadənin rəhbərliyi ilə "Qan yaddaşımız -20 Yanvar" adlı tədbir keçirildi. Tədbirdə Respublika Veteranlar Təşkilatı Gənclərin vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin baş mütəxəssisi Nəbi Hacıyev, Binəqədi rayon Veteranlar Təşkilatının sədri Teyyub Həsənov, əmək veteranı Zakir Əliyev iştirak etdilər. Şagirdlərin ifasında 20 Yanvar faciəsinə həsr olunan şeirlər səsləndirildi, ədəbi-bədii kompozisiya və vətənpərvərlik mövzusunda mahnılar nümayiş etdirildi, videoçarxlar təqdim olundu .

 Çıxış edən qonaqlar faciəni əks etdirən səhnəciklərin, vətənpərvər mahnıların, şeirlərin gələcək nəslin tərbiyəsində böyük rol oynadığını xüsusi vurğuladılar. Sonda məktəbin direktoru N.Mahmudov çıxış edərək qonaqlara və tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi