Kiçik Akademiyanın konfransı keçirildi

   29.12.2021-ci il tarixində 246 li məktəb-liseydə “Kiçik Akademiya”nın 2020-2021 ilin yekununa həsr olunmuş konfrans keçirildi.Konfransda məktəbin direktoru, tərbiyə işləri  üzrə direktor müavini, KA-nın rəhbəri, KA-nın tərkibindəki bölmələrin rəhbərləri, məsləhətçi müəllimlər, KA-nın üzvləri iştirak edirdi.

   KA-nın rəhbəri Şücaət Qaffarova görülən işlər haqqında məlumat verərək bildirdi ki, elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensiallarını nəzərə almaqla istiqamətləndirmək yolunda  növbəti yarımildə də bütün məktəb səviyyəsində  fəaliyyətlərimizi daha da artıracağıq. Daha sonra şagirdlərin humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi bölmələr üzrə elmi-layihələri təqdim olundu. Təqdimatdan sonra bölmə rəhbərləri təqdim olunan layihələrə öz münasibətlərini bildirdilər. Konfransın sonunda çıxış edən məktəbin direktoru Nəbi Mahmudov şagirdlərin fəaliyyətini yüksək qiymətləndirərək onlara elmi-layihələrini davam etdirmələri  yolunda uğurlar arzulayaraq bəzi tövsiyələr verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi