KA-nın konfransı keçirildi

   Kİçik Akademiyanın konfransı keçirildi.Konfransda AMEA nın şöbə mudiri ,biologiya elimləri namizədi dosent Sabir Həsənov ,akademiyanın böyük elmi işçisi Mirzəağa Mirzəyev, KA-nın tərkibindəki kafedraların rəhbərləri,  üzvləri iştirak etdilər.

    Konfransda “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik “IV respublika musabiqəsi haqqında məlumat verildi.Söylənildi ki, Dövlət proqramının məqsədi Azərbaycanın biomüxtəlifliyinin qorunması, bu sahədə məktəblilərin bilik və bacarıqlarının artırılması ,yerli mədəni bitki növlərinin beçərilməsi ,yerli heyvan çinslərinin saxlanılması, kənd təsərrüfatı sərvətlərinin öyrənilməsidir.

   Konfransda həmçinin ölkəmizdə ətraf mühitin, su ehtiyatlarının qorunmasında gənc nəslin daha aktiv iştirakı, üzərlərinə düşən vəzifələri xüsusi vurğulandı. Söylənildi ki,həyatın özü və insanın bütün təsərrüfat fəaliyyəti  su ehtiyatlarının istifadəsi ilə qırılmaz əlaqədədir, bütün canlı orqanizmlərin yaşaması üçün suyun rolu əvəzedilməzdir. 

     Konfransda KA-nın üzvləri bu mövzuda hazırladıqları layihələri təqdim etdilər. 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi