Məktəbəqədər hazırlıq qrupu fəaliyyətə başladı
Təhsilə atılan ilk addım kimi məktəbəhazırlıq uşaqların həyatında mühüm xarakter daşıyır.Bu hazırlıq uşaqlarda ilkin dünyagörüşü, riyazi və məntiqi təfəkkürün,oxu və yazı bacarığının formalaşdırılması ilə yanaşı, gələcəkdə məktəb dərslərini daha yaxşı mənimsəməyə imkan yaradır.Azərbaycan Respublikası və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən bu il məktəbimizdə məktəbəhazırlıq qrupu açılıb.Təhsilə atılan ilk addım kimi mühüm xarakter daşıyan məktəbəhazırlıq qrupunda dərsləri təcrübəli ibtidai sinif müəllimləri aparır.Uşaqların tədrisə hazırlıqlı başlaması,dərs prosesinə öncədən alışması,müəyyən bilikləri əldə etməsi,uşağın daha yaradıcı,yeni ideyalar yarada bilən,dostları ilə ünsiyyət qurmağı bacaran bir fərd kimi formalaşmasını təmin etmək sinif müəllimlərinin əsas iş prinsipidir.