Kiçik Akademiya

16.12.2021-ci il tarixində 246 nömrəli məktəb-liseydə təşkil olunmuş «Kiçik Akademiya»nın iclası keçirildi. Tədbiri giriş sözü ilə açan məktəb-liseyin direktoru Nəbi Mahmudov «Kiçik Akademiya»nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı şagirdlərimizlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarət olduğunu qeyd edib.  

«Kiçik Akademiya»nın rəhbəri tarix müəllimi Şücaət Qafarova çıxış edərək qeyd etdi ki, Akademiya şagirdlərin özünü təsdiqi, inkişafında, elmi tədqiqat işinin aparılması yollarını öyrənməkdə, öz bacarıqlarını nümayiş etdirməkdə « Kiçik Akademiya»nın əhəmiyyətli rolu olacağını bildirdi.

Sonda kafedralar üzrə elmi rəhbərlər, ümumi şagirdlərin nümayəndəsi, Akademiyaya üzvlər seçildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi