HEYDƏR ƏLİYEV - DAHİ ŞƏXSİYYƏT

08.12.2021-ci il tarixində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş «Heydər Əliyev-dahi şəxsiyyət» adlı konfrans keçirildi. Konfransda məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak etdilər. Konfransda Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin doğma Azərbaycana, xalqına, dövlət müstəqilliyimizin möhkəmlənməsinə, ordu quruculuğuna, ölkəmizdə əhalinin rifah halının yaxşılaşmasına, dünyəvi dövlət quruculuğuna xidmət edən şərəfli ömür yolundan , həyat və fəaliyyətindən ətraflı şəkildə danışıldı. Qeyd edildi ki, Ulu Öndərin gərgin əməyi və qətiyyəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Konfransda çıxış edənlər Ulu Öndər Heydər Əliyevin dövlət müstəqilliyimizə xidmət edən həyat və fəaliyyətinin ən önəmli məqamlarından danışaraq Ümummilli liderin cismani yoxluğundan illər keçdikcə onun böyüklüyünün, irsinin daha dərindən dərk olunduğunu, Heydər Əliyev dühasının Azərbaycan tarixində yeri və rolu, xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərinin mahiyyəti açıldıqca daha da zənginləşdiyini bildiriblər. Vurğulanıb ki, Müstəqil Azərbaycan etibarlı əllərdədir. Ulu Öndər Heydər Əliyevin uca zirvəyə qaldırdığı Azərbaycan bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla inkişaf edir. Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması Heydər Əliyev siyasətinin Prezident, Müzəffər Ali Baş Komandanımız İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin bariz nəticəsidir. Heydər Əliyev siyasəti yaşayır. Azərbaycanın müstəqilliyi dönməz və əbədidir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi