2021-ci il şair və mütəfəkkir Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur.

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2021-ci il Azərbaycan Respublikasında «Nizami Gəncəvi ili» elan edildi. Bununla bağlı 246 nömrəli məktəb-liseydə «Nizami Gəncəvi-880» adlı  tədbir keçirildi. Tədbirdə məktəb rəhbərliyi, valideynlər və şagirdlər iştirak etdilər. Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin «Nizami ili» ilə bağlı çıxışının videoçarxı təqdim olundu. Azərbaycan dili və ədəbiyyat müəllimləri Əlizadə Səmayə və Cahangirzadə Səadətin rəhbərliyi ilə keçirilən tədbirdə şagirdlər dahi şairin lirikasından parçalar söylədilər, poemalarından «Xosrov və Fərhadın deyişməsi», «İskəndərlə Nüşabənin görüşü»nü səhnə təqdimatını edərək şairin yaradıcılığında qoyulan problemləri iştirakçıların diqqətinə çatdırdılar. Musiqi müəllimi Natella Ələkbərovanın tərtib etdiyi «Sənsiz» və digər musiqi tərtibatları, rəqs səhnələri, ibtidai sinif müəlliməsi Reyhan Qarayevanın rəhbərliyi ilə birincilərin söylədikləri aforizmlər tədbirə rəngarənglik qatdı.

Sonda məktəb-liseyin direktoru Nəbi Mahmudov çıxış edərək tədbiri təşkil edən müəllim və şagird heyətinə öz təşəkkürünü bildirərək Nizami Gəncəvi yaradıcılığının tədqiqi və təbliği bütün dövrlər üçün öz aktuallığını qoruyub saxladığını və bu mərhələyə orta məktəbdən başlandığını, onun geniş miqyasda inkişaf etdirilməsi üçün hər kəs üzərinə düşən məsuliyyəti yüksək səviyyədə yerinə yetirilməli olduğunu qeyd etdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi