1 Dekabr- Ümumdünya QİÇS-lə Mübarizə Günüdür

    Dekabrın 1-də  Biologiya müəllimi T.Məmmədovanın təşkilatçılığı ilə  VIII və IX  sinif şagirdlərinin iştirakı ilə “Zərərli vərdişlər,  insan sağlamlığına vurduğu zərərlər və  qorunma yolları” mövzusunda tədbir keçirildi .

      Tədbirin təşkilatçısı T.Məmmədova  Ümumdünya QİÇS-lə Mübarizə Gününün yaranma tarixi haqqında ətraflı məlumat verdi,bildirdi ki, 1988-ci ildən başlayaraq hər il dekabrın 1-də Ümumdünya QİÇS-lə Mübarizə Günü kimi qeyd edilir. Həmin tarix dünya ictimaiyyətinin diqqətini qlobal miqyas almış İİV-infeksiyasına qarşı mübarizəyə cəlb etmək məqsədilə təsis olunub.

     Sonra şagirdlər   təqdimatlarında  zərərli vərdişlərin sağlamlığa vurduğu zərərlərdən danışdılar ,bir sıra xəstəliklərə, o cümlədən əsrin bəlası olan QİÇS-ə  yol açdığını  vurğuladılar. Alkoqol və narkotiklərdən istifadə etməmək, siqaret çəkməmək, düzgün qidalanmaq, yəni düşünülmüş şəkildə sağlamlığın əsl harmoniyasına nail olmağın  gərəkliyi  şagirdlərin hazırladığı slaydlarla nümayiş olundu.

     Tədbirdə   QİÇS-in ağır fəsadlarından  bəhs edən videoçarx şagirdlərə təqdim olundu, onları  maraqlandıran suallar cavablandırıldı, mövzu ilə bağlı müvafiq tövsiyələr verildi.

     

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi