Zərərli vərdişlərə yox deyək!

     Yeniyetmələr arasında zərərli vərdişlərə meyllərin qarşısının alınması, onlarda sağlam həyat tərzinin formalaşdırılması məqsədi ilə  “Zərərli vərdişlərə yox deyək!”mövzusunda   rəsm  müsabiqəsi keçirildi , siniflərdə dəyirmi masalar  təşkil olundu.

        Dəyirmi masalarda şagirdlərə zərərli vərdişlərin insanın fiziki sağlamlığına və psixologiyasına vurduğu zərərlər, ailədaxili münasibətlərdə yaratdığı problemlər barədə məlumat verildi.Gənclərin zərərli vərdişlərə aludə olmasının səbəbləri, problemin həlli yolları  haqqında müzakirələr aparıldı, şagirdləri maraqlandıran suallar  cavablandırıldı.  Söylənildi ki,zərərli vərdişlər  təkcə insanın fiziki sağlamlığına mənfi təsir göstərmir, həm də onun mənəviyyat aləminə, şəxsiyyət kimi formalaşmasıda da ciddi problemlər yaradır.

      Zərərli vərdişdən uzaq olmaq və bu sosial bəlaya qarşı mübarizə aparmaq şagirdlərin hazırladıqları təqdimatlarda  və cəkdikləri rəsmlərdə də  öz əksini tapmışdır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi