“İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi

İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq  öz həmyaşıdları ilə eyni məktəbdə, eyni sinifdə təhsilə cəlb edilməsidir.  “İbtidai təhsil səviyyəsi üzrə inklüziv təhsilin tətbiqi” layihəsi çərçivəsində  məktəbdə bir inklüziv sinif açılıb. Xüsusi qayğıya ehtiyacı olan uşaqların keyfiyyətli təhsil alması üçün bərabər imkanların yaradılması  məqsədi tətbiq olunan layihədə   2 nəfər sağlamlıq imkanları məhdud şəxs  təhsilə cəlb olunub.Roza və Fəxrin  digər həmyaşıdları ilə birlikdə  təlim prosesində fəal  iştirak edir, sinif yoldaşlarına  qarşı anlaşma və hörmət hislərini  nümayiş etdirməklə başqalarına hörmət və özünəhörmət anlayışlarını dərk edirlər. Şagirdlərimizin   bacarıq və istedadlarının aşkar olunması və inkişaf etdirilməsi üçün  psixoloji və pedaqoji texnikalar əsasında əlverişli mühit  yaradılib. Birincilərimizin məktəbə  adaptasiyasında  sinif yoldaşları ilə   dostluq və ünsiyyət   öndə durur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi