Zəfər Günü ilə bağlı tədbir

“8 Noyabr – Zəfər günü”  münasibətilə  5.11.2021 –ci il tarixdə məktəbimizdə “ Möhtəşəm qələbəmiz tariximizin zəfər salnaməsidir” mövzusunda ədəbi-bədii kompazisiya keçirildi.Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar məsələlər üzrə şöbəsinin baş məsləhətçisi Amal Əsgərov ,döyüşçü Elşad Əhmədovun anası Gülşən xanım , müharibənin canlı şahidi  döyüşçü məzunlarımız – İbrahim Mirzəyev, Ruhi Nuriyev də iştirak etdilər.İlk dəqiqələrdə torpaqlarımız uğrunda canından keçib, bizə zəfər sevincini bəxş edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edildi. Müzəffər ordumuzun 44 gündə keçdiyi yol , xalqımızın maddi – mənəvi dəstəyi , mənfur düşmənlərimizin törətdikləri, Ali baş komandanımızın və ordumuzun layiqli cavabı, azad olunmuş torpaqlarda yenidənqurma işləri, videoçarx vasitəsilə nümayiş etdirildi.

Eləcə də, məktəb - liseyin müəllim və şagird kollektivinin həyata keçirdiyi bir sıra tədbirlər – qazilərlə görüş,şəhid ailələrinə, Fəxri Xiyaban və Qənimətlər parkına ziyarət, şəhidlər adına ağacəkmə aksiyası və s. şəkillər və videoçarxlarla işıqlandırıldı.

Məktəbimizin məzunu olan şəhid,qazi və döyüşçülər də hörmətlə yad edildi.Tədbirdə iştirak edən müharibənin canlı şahidi məzunlar da hörmət və coşğu ilə qarşılandı.

Məktəbimizin fiziki tərbiyə müəllimi Abbas Yaqubov da torpaqlarımızın bütövlüyü uğrunda gedən mübarizədə iştirak etmiş,qəhrəmancasına döyüşmüşdür. O, müharibənin canlı şahidi olaraq öz xatirələrini bölüşdü,şagirdlərimizə daim vətənpərvər ruhda böyüməyi arzuladı.

Sonda Amal Əsgərov və məktəbimizin direktoru Nəbi Mahmudov qonaqlara və şagirdlərə öz dərin təşəkkürünü bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi