Lütfi Zadənin 100 illik yubileyi münasibətilə təqdimat keçirildi

   Oktyabrın 20-də dünya şöhrətli azərbaycanlı alim, qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin banisi Lütfi Zadənin 100 illik yubileyi münasibətilə  təqdimat  keçirildi.

      Şagirdlər təqdimatlarında fəxrlə ürəyi daim doğma vətəni ilə bir döyünən Lütfi Zadənin  elm və texnologiyaların inkişafında misilsiz xidmətlərindən  danışdılar, söylədilər ki,onun yaratdığı elmi məktəb və laboratoriyalar bir sıra ölkələrdə yarım əsrdən artıqdır ki, hələ də uğurla fəaliyyət göstərməkdədir. 

       Təqdimatda iştirak edən məktəb-liseyin direktoru N.Mahmudov söylədi ki, Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış ,  dünya miqyasında əsərlərinə ən çox istinad olunan alimlərdəndir. Lütfi Zadənin dünya elmi ictimaiyyətinə təqdim etdiyi və alimin soyadını daşıyan “Z-çevirmə” nəzəriyyəsi müasir rəqəmsal idarəetmə, informasiya və kommunikasiya sistemlərinin əsasını təşkil edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi