"İnternetin faydaları və zərərləri"

    Əsrimizin ən böyük kəşfi olan internetin faydalarını  və zərərlərini   8a və 8d sinif şagirdləri  hazırladıqları təqdimatlarda nümayış etdirdilər.

     İnternetin faydalarını təqdim edən 8d sinif şagirdləri bildirdilər ki, bu gün dünyamızı İKT-siz   təsəvvür etmək mümkün deyil. İnternetdən  düzgün və məqsədyönlü istifadə  dünyagörüşümüzü, biliklərimizi artırır, məntiqimizi, təfəkkürümüzü inkişaf etdirir.

      İnternetin zərərlərini təqdim edən 8a sinif şagirdləri isə   bildirdilər ki, bu gün həyatımız  İKT-siz  mümkün görünməsə də,insanlara  psixoloji və fiziki zərərləri coxdur. Aparılan araşdırmalara görə internetdən asılılıq insanların psixologiyası və davranışında mənfi təsirlər  yaradır.

   Sonra şagirdlərin diqqətinə yeniyetməlik yaş dövrünün xüsusiyyətləri  çatdırıldı. Söylənildi ki,bu yaş dövründə sosial şəbəkələrdən kortəbii şəkildə istifadə böyük təhlükə və fəsadlara yol açır, narkomaniya,insan alveri istiqamətində müəyyən cinayətkar qruplar  məhz internet vasitəsi ilə uşaqları öz qurbanlarına çevirir,  bataqlıq kimi özlərinə cəlb edərək  həyatlarına  çox ciddi  təsirlər edirlər.

    Sonda ümumi  nəticəyə gəlindi ki, internetsiz həyatı təsəvvür etmək mümkün deyil. İKT-dən ancaq biliklərin təkmilləşdirilməsi üçün  düzgün və qədərində istifadə edilməlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi