Gənclik həyatı ilə uşaqlıq həyatının astanası - Məzun günü

Bu gün doğma vətənimiz Azərbaycan Respublikasının bütün məktəbləri, o cümlədən məktəbimiz də öz məzunlarını yola salır.Bu münasibətlə məktəbimizdə son zəng tədbiri keçirildi.Təntənəli tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin rəsmisi Aynur Abbasova , Bakı şəhəri üzrə Təhsil İdarəsinin İnsan resursları sektorunun müdiri Raman Məmmədov, valideynlər,müəllimlər və şagirdlər iştirak etdilər. Tədbirdə çıxış edənlər məzunları XI sinfi uğurla başa vurmaları münasibətilə təbrik edib, onlara yeni-yeni nailiyyətlər, gələcək həyat yollarında uğurlar, millətə, dövlətə layiqli vətəndaş olmağı arzuladılar. Tədbir şagirdlərimizin hazırladığı bədii kompozisiya ilə davam etdi.Məzunlarımız -gənclik həyatı ilə uşaqlıq həyatının astanasında dayananlar.Bu gün siz öz doğma məktəbiniz, sizlərə ana qədər əziz olan müəllimləriniz ilə vidalaşdınız.Əziz məzunlar!. Bütün məktəb rəhbərliyi, başda məktəbin direktoru olmaqla,həmçinin sinif rəhbərləriniz sizləri təbrik edir və gələcək həyatınızda yeni- yeni uğurlar arzulayır! Yolunuz açıq olsun!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi