Zəfər Günününə həsr olunan şeir müsabiqəsi keçirildi

  Oktyabrın 8-də ibtidai sinif şagirdlərinin iştirakı ilə   Zəfər Günününə həsr olunan şeir müsabiqəsi keçirildi. Azərbaycan Respublikasının suverenliyi,öz ərazi bütövlüyü uğrunda gedən mübarizədə həlak olan qəhrəman oğulların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra şagirdlər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında tarix yazan Azərbaycan Ordusunun Vətən müharibəsində şanlı qələbəsini söylədikləri   şeirlərdə canlandırdılar.

   Tədbirdə iştirak edən  məktəb-liseyin  direktoru Nəbi Mahmudov  2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun  Ermənistanın  silahlı qüvvələrinə qarşı "Dəmir yurmuq” adlı əks-hücum əməliyyatına başlamasından danışdı, Vətən müharibəsinin  Azərbaycanın qələbəsi ilə başa çatmasını və 30 ilə yaxın müddətdə düşmən işğalında qalan Azərbaycan torpaqlarının 44 gün müddətində azad edilməsini qürurla şagirdlərə çatdırdı.

      Sonda I yerin qalibləri -Quliyeva Nigar(3c),Nəsirov Mehdi(3c),Nəcəfli Aylin(3e),Cəfərov  Aydın(4e),Əlizadə Nuray(4ç) fəxri fərmanla ,digər iştirakçılar  isə diplomlarla   təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi