"Anım Günü"

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr Sərəncamı ilə 27 Sentyabr Azərbaycan Respublikasında «Anım Günü» kimi qeyd edilməsi qərara alınmışdır. Bu münasibət ilə ibtidai siniflərdə «Anım Günü» qeyd olundu. Məktəb-liseyin foyesində Vətən müharibəsinə həsr olunmuş sərgi təşkil olundu. Şagirdlərimizin ifasında vətənə sevgi, igid oğullarımızın qəhrəmanlıqlarını tərənnüm edən şeirlər söylənildi, ermənilər tərəfindən saxtalaşdırılan Azərbaycan ərazi adları öz tarixi adları ilə deyildi,işğaldan azad olunmuş torpaqlarımızın azad olunduğu tarixlər qeyd olundu.Tədbirdə şəhidlərin əziz xatirəsi yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi